Xəbər lenti

 

Qripdən, viruslardan qorunmaq üçün yolda, nəqliyyatda tibbi maska ilə gəzənlərin sayı artır. Bir çox həkimlər də maska tax kimi göstərişlər verir.
Medicina.az xəbər verir ki, həkimlər tibbi maskanın yalnız xəstə adamın taxmasını məsləhət görür. Çünki xəstə insanın ağız və burun suyu ilə hava damcı yolu vasitəsilə sağlam insanlar yoluxur. Ona görə xəstə insan evdə də, yolda da, işdə də maska taxmalıdır, bir şərtlə ki, maskanı hər 1 saatdan bir dəyişsin. 
Əgər bir maska ilə gün ərzində gəzsə, həm özü, həm ətrafı üçün dəhşətli virus mənbəyi olacaq. Çünki maskanın səthində minlərlə virus kütləsi yığışacaq. 
Tibbi maskalar elə də qoruyucu əhəmiyyətə malik deyil. Sağlam adamlar taxmaya bilər. Çünki nəqliyyatda virus hissəcikləri təkcə ağızdan yox, toxunma ilə də keçir. Yəni oturacaq, tutacaqlardan xəstə adam tutubsa, ona toxunduqda, sonra telefona vurduqda, göz, üz, ağıza əllər toxunduqda, virus yenə yoluxur. 



Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 2-10-2019, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma