Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05

 

Manitoba Universitetinin bir qrup alimi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, azyaşlı vaxtı şiddətə məruz qalan uşaqların növbəti bir çox ciddi  xəstəliklərə tutulduqları müəyyən edilib. 
Medicina.az xəbər verir ki, təqribən 35 min insanı  əhatə edən tədqiqatlar sübut edib ki, uşaqlığında zorakılığa məruz qalan şəxslərdə depresiya, şəxsiyyət pozğunluğu və narahatlıq kimi problemlər meydana çıxır. Xüsusilə nizam- intizam üçün onlara sillə - yumruqların  vurulması, qorxudulması bu xəstəliklərin yaranmasına gətirib çıxarır.
Bundan əlavə, zorakılığa məruz qalan uşaqlarda görülən problemlər arasında əhval pozğunluğu, depressiya, narahatlıq, narkotik maddələrdən asılılığı yaranır. Uşaqlara qarşı laqeydlik də, psixoloji xəstəlikləri yaradan əsas səbəblərdən biridir. 
Tədqiqatın nəticələrinə görə, zülm və zorakılığa məruz qalan uşaqlarda depresiya riski 1,4 dəfə, anti-sosial şəxsiyyət pozğunluğu riski 2 dəfə, şizotipal şəxsiyyət pozğunluğu riski isə 2,3 dəfə yüksəkdir.



Ana səhifəyə qayıt        Baxış: 143          Tarix: 16-10-2019, 12:33      


Paylaş:   

Ən çox oxunanlar