Xəbər lenti

 

Ermənistanda hökumətin Konstitusiyanı dəyişmək prosedurunu başlatmaq niyyəti aktiv müzakirə edilir. Artıq Konstitusiyaya ediləcək düzəlişləri işləyib hazırlayacaq komissiyanın formalaşdırılması haqqında elan verilib. Lakin hələlik dəyişikliklərin təqribi vektoru belə, səsləndirilməyib.

Söhbət aşağıda göstərilən bir neçə açar tezisdən gedir:

1. Konstitusiya islahatları aparılmadan Konstitusiya Məhkəməsi və hüquq sistemi məsələsini həll etmək mümkün deyil.

2. Dövlət idarəçiliyində yarım prezidentlik sisteminə keçid həyata keçirilə bilər.

3. Hazırda qüvvədə olan Konstitusiya qeyri-legitimdir, ona görə də həqiqi İctimai Saziş olması üçün Konstitusiyanın qəbul edilməsindən ötrü referendum keçirilməlidir.

Hökumətin hansı məqsədləri güddüyünü demək çətindir, lakin dəyişikliklərin konsepsiyası səsləndirilmədən Konstitusiya komissiyasının formalaşdırılması heyrət doğurur. Əgər konsepsiya yoxdursa, məqsəd elə sadəcə Konstitusiyaya düzəlişlər etməkdir?

Məsələn, Suren Saakyan (Ermənistanın Rusiyadakı sabiq səfiri – tərc.) deyir ki, Konstitusiya ilə zarafat etmək pis şeydir, yeni Konstitusiyanın dövlət həyatında nəyi dəyişəcəyini çox dəqiq bəyan etmək lazımdır.

Diqqətəlayiqdir ki, konstitusiya islahatlarına daha çox daxili strukturun dəyiş(dir)ilməsi işığında baxılır, lakin Ermənistandakı daxili problemlərin çoxu, xüsusilə də Artsax (mətndə Dağlıq Qarabağ belə adlandırılıb – tərc.) münaqişəsi və dinamik regional keçidlər şəraitində, xarici asılılıqla şərtlənir. Qüvvədə olan Konstitusiya Ermənistanın xarici aləmlə olan münasibətlərilə bağlı çoxsaylı mühüm suallara cavab vermir:

1. Ermənistanın sərhədləri hansı sənədlə müəyyən edilir və ümumiyyətlə, dövlətin sərhəddini kim müəyyən edə bilər?

2. Ermənistanın sərhədləri milli qüvvələrlə qorunmalıdırmı?

3. Xüsusi funksiyaları olmadan və əməkhaqqı ödənilmədən, 3-cü ölkələrin hərbi strukturları Ermənistanda ola, qala bilərmi?

4. Əgər əvvəlki hökumətin fəaliyyətini, onun bağladığı qeyri-legitim və ya zorla qəbul etdirilmiş müqavilələri tanıyırsa, dövlətin beynəlxalq müqavilələrə yenidən baxmaq hüququ olmalıdırmı?

Bu suallara dövlətin suverenliyinin başlıca təminatçısı olan Konstitusiya cavab verməlidir. Görəsən, hökumətin düzəlişlər sırasına erməni dövlətinin beynəlxalq hüquqdakı statusu ilə bağlı təməl məsələləri daxil etmək niyyəti varmı?

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 881          Tarix: 18-01-2020, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma