Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Hayko Maas Şərqi Aralıq dənizindəki gərginliklə bağlı “Türkiyənin dialoq tərəfdarı olduğunu”, “bölgədə tək bir qığılcımın belə fəlakətə səbəb olduğunu” deyib.

Maas Ankara səfərindən əvvəl gəldiyi Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək birgə mətbuat konfransı keçirib. Maas Afinadakı görüşlərin ardından Ankaraya gedərək Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyini söyləyərək deyib: “Türkiyə dialoq istəyir, biz də gərginliyi azaltmaq üçün öhdəmizə düşəni edəcəyik”.

Bu gərginlikdə Avropa İttifaqı və Almaniyanın Afina rəhbərliyi ilə həmrəy olduğunu söyləyən Maas birbaşa dialoq qurmağın bütün tərəflər üçün faydalı olduğunu qeyd edib.

Dendias isə deyib: “Türkiyə ilə dialoqa hazırıq, lakin bu, təhdid altında olmayacaqdır. Yunanıstan suverenliyini və suverenlik hüquqlarını,  təkəbbür və təhdid olmadan müdafiə edəcəkdir”.





Ana səhifəyə qayıt        Baxış: 3 323          Tarix: 26-08-2020, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma