Xəbər lenti


Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttində yerləşməyən Gəncə şəhərinin növbəti dəfə Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində dağıntılar altından 13 nəfərin meyiti və xəsarət almış 52 nəfər yaralı çıxarılıb.
Erməni terrorunun məqsədi: xof və təşviş yaratmaq

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməkdə məqsədi vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin niyyətlərinə nail olmaqdır. Ancaq düşmənin bu cəhdləri də baş tutmadan tam iflasa uğradı. Yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.
Xalq "davam!" deyir

Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir.
Zəfər yürüşünə hərtərəfli dəstək

Vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli Ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. Azərbaycan əhalisi Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər.


Cinayət cəzasız qalmayacaq
Cəbhə xəttinə aid olmayan şəhərdə yaşayan dinc əhaliyə qarşı terror hadisəsi törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcəkdir.
Geri çəkilməyə məcbur olan Ermənistan çıxış yolunu dinc əhalidən qisasda görür
Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır.


Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı həyata keçirilən hərbi cinayətlərin əsasında cəbhədə uğursuzluq, Azərbaycan Ordusunun zəfəri qarşısında acizlik dayanır.
Oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb. Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olunub. Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində bütün cəbhəboyu sürətlə geriyə çəkilməyə məcbur olan Ermənistan rəhbərliyi çıxış yolunu dinc əhalidən qisas almaqda görərək Gəncə şəhərini raket ətəşinə tutmağı əmr verib.
Təcavüzkar üçün sonun başlanğıcı
Hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər.


Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq.
Necə ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Nazirliyin yaydığı videolardan görünür ki, mülki əhaliyə qarşı terror törədən Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız hərbi obyektləri və hərbçiləri hədəf alır. Bununla Azərbaycan hərbçiləri həm də Gəncədə törədilən terrorun qisasını almış oldu.

Report.az



Ana səhifəyə qayıt        Baxış: 3 004          Tarix: 17-10-2020, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma