Xəbər lenti
15-01-2021, 18:17


Ermənistan tərəfindən döyüş bölgəsindən yayılan bütün video görüntülərdə biz eyni şeyi müşahidə edirik - Ermənistandan böyük sayda könüllülərin gəlməsi və erməni qüvvələrinin döyüş nizamı müşahidə olunmur.
 
Modern.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib.
 
Ekspert bildirib ki, döyüşlərdə yalnız nizamsız silahlı qruplaşmalar və ehtiyat hərbçilər var, lakin Ermənistandan gələn böyük sayda könüllülər yoxdur: "Bütün dünyadan minlərlə könüllülərin gəlməsi barədə məlumatların yayılması isə sadəcə təbliğatdır. Ermənistanın özündən könüllülər Dağlıq Qarabağa gəlməyə çox da tələsmirlər.
 
Mən erməni vətənpərvərlərin sosial şəbəkələrdə aktivliyini müşahidə edirəm, lakin video görüntülərdən məlum olur ki, döyüşlərdə bu vətənpərvərlərin sayı çox cüzidir".



Ana səhifəyə qayıt        Baxış: 2 912          Tarix: 5-11-2020, 11:29      


Paylaş:   

Ən çox oxunanlar