Xəbər lenti

Müharibə – qüdrətli müəllimdir. Onun sinfində ordular yeni taktikalar öyrənir, köhnə doktrinalardan əl çəkir və tez-tez köhnə komandirlərini sürətlə əvəzləyirlər. Ancaq müharibə məktəbi olduqca yüksək təhsil haqqı ilə başa gəlir. Pul ödəməkdənsə, başqa insanların müharibələrini müşahidə etmək və onlardan dərs almaq daha ucuzdur, xüsusən, Britania ordusu qədər kasıbsınızsa.
Bu yaxınlarda Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında gedən müharibə Qərb orduları üçün qeyri-adi dərəcədə səmərəli bir seminar sayıla bilər. İki yarımodernləşdirilmiş, nisbətən bərabər qüvvələr arasında mübarizə, bəzi yenilikçi yüksək texnoloji silahların nümayişini özündə əks etdirən müharibə ərazinin quru qoşunları tərəfindən fəth edilməklə, köhnə üsulu sona çatdırıb.

Zəngin və daha çox əhalisi olan Azərbaycanın müharibəni udması təəccüblü deyil. Lakin bu qələbənin qazanılma tərzi daha cazibədar idi. Dağlıq Qarabağdakı müharibə, hər şeydən əvvəl, Azərbaycanın erməni əsgərləri və silahlarının məhv etməsini dünya auditoriyasına çatdıran PUA zərbələri ilə yadda qalacaq.

PUA-lar 100-dən çox erməni tankının məhv edilməsində rol oynayıb. Tankın qocalıb “ölməsi” barədə xəbərlər hələ tələskənlik sayıla bilər, amma dron hələ ki növcavandır.

Türkiyənin İdlibdə, Rusiyanın Ukraynada, indi də Azərbaycanın Dağlıq Qarabağda göstərdiyi kimi, PUA-lar müasir döyüş meydanını yenidən formalaşdırıb. Radarla aşkarlanmasının qarşısını almaq üçün kifayət qədər kiçik, lakin dağıdıcı yükləri daşıya biləcək qədər böyük olan İsrailin “Harpy” və Türkiyənin “Bayraktar TB2” dronu düşmənin dəyərli hədəflərinin aşkarlanmasına və məhv edilməsinə imkan verir. Üstəlik, təəccüblü dərəcədə aşağı qiymətlə. Bu tip PUA-lar yalnız öz dəyərindən qat-qat baha olan hədəfləri məhv etmir, həm də PUA-ları ələ keçirmək olduqca baha başa gəlir.

ABŞ ordusunun bir neçə yüz dollar dəyərində olan bir dronu məhv etmək üçün çoxmilyon dollarlıq “Patriot” raketini istifadə etməsi buna bir nümunədir, lakin bu, daha geniş bir məqamı göstərir: hətta nisbətən sadə olmayan təsirli silah sistemlərini indi dünyanın ən zəngin olmayan ölkəsi də ala bilər.

Bəlkə də, pilotsuz təyyarənin daha böyük dəyəri məhv etmək qabiliyyətindən deyil. O, kəşfiyyat varlığı kimi istifadə edilir və dağıdıcı, uzun mənzilli dəqiq zərbələr endirməyə imkan yaradır. RUSI-dəki (Kral Hərbi Araşdırmaları) Cek Uotlinqin haqlı olaraq söylədiyi kimi, müasir döyüş sahəsi əvvəlkindən daha ölümcül, həm də daha şəffafdır.

Sürətli, qətiyyətli hərəkətləri mükafatlandıran və aşınma mübadilələrindən qaçmağa çalışan ənənəvi Qərb müharibə konsepsiyalarını etibarsız saymaqla təhdid edən PUA-lar rus topçularının perspektividir. İndi ənənəvi zirehli manevr vahidləri “cəbhə xəttindən” çox uzaq bir yolda olsalar belə, daim səpələnmək qorxusu ilə fəaliyyət göstərməlidirlər.
Britaniya ordusunun hazırkı arsenalındakı dəliklər onların, həqiqətən, çox olduğunu göstərir: minimal qısa mənzilli hava müdafiəsi və elektron müharibə imkanları – hər ikisi də düşmən PUA-ları ilə mübarizə aparmaq üçün mühümdür – və onun döyüş sursatı yoxdur. Artilleriyanın böyük hissəsi köhnəlib, yalnız uğursuz kəşfiyyat dronu “Watchkeeper” mövcuddur.

Piyadalar Dağlıq Qarabağdakı zirehli texnikalardan daha da pis nəticə əldə ediblər, lakin hətta yenilənmiş ingilis zirehli briqadaları, lazımi səviyyədə dəstəklənmədikləri təqdirdə, müasir döyüş sahəsinə çatmadan çox böyük itkilərə məruz qalacaqlar. Rusiyadan daha zəif bir gücə qarşı daha aşağı intensivlikli bir müharibədə belə, Türkiyə, Çin və Rusiya texnologiyalarının dünyaya yayılması nəzərə alınmaqla, ordu çox itki verə bilər. Müasir inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemlərinin çoxalmağa davam etməsi ucbatından ordunun havada üstünlüyünü təmin etmək üçün “RAF”-a da həmişə etibar etmək olmaz.

Koronavirus sonrası dünyanı təsəvvür etmək çətindir. Maliyyədə əhəmiyyətli bir artım olmadığı təqdirdə, ordu mövcud imkanlarını yeniləyə bilməyəcək və eyni zamanda, ehtiyac duyduğu yenilikləri əldə edə bilməyəcək. Bəzi çox çətin prioritet qərarlar olmalıdır. Ordu, yəqin ki, tanksız keçinə bilməz, amma zirehli avtomobillərin modernləşdirmə proqramı olmalıdır. Bahalı zirehli qutular nəyə lazımdır ki?
Dağlıq Qarabağ müharibəsi göstərdi ki, 75 minlik ordudansa, modernləşmiş 60 minlik ordu daha yaxşıdır. Bu qədər kiçik bir qüvvə ciddi bir düşməni məğlub edə bilən, həqiqətən rəqabət qabiliyyətli ola bilər.

Müharibə, sözsüz ki, gözəl, eyni zamanda, tələbkar müəllimdir. Britaniyalı siyasətçilər və generallar həm xalqa və hətta özlərinə yalan danışmağı bacara bilsə də, günlərin bir günü hansısa sınaq isbatlayacaq ki, “elit ordu” və ya “dünya səviyyəli silahlı qüvvələr”lə lovğalıq boş hay-küy imiş.

Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 549          Tarix: 19-11-2020, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma