Xəbər lenti
15-01-2021, 18:17


Vətəndaş mühariəsinin bürüdüyü Liviyada miqyaslı əməliyyatların təfərrüatları, o cümlədən, buradakı rusiyalı muzdluların sayı məlum olub.

Bunun detalları ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığının (AFRİCOM) müşahidələrinə əsasən, ABŞ Müdafiə Nazirliyinin rüblük hesabatında təqdim olunub. Hesabtdan papçaları «Vild» təqdim edib.

Əldə edilmiş məlumatlara görə, Liviyada Kremlin nəzarəti altnda olan 4 minə yaxın muzdlu aktivdir. Bu zaman xəbər verildiyi kimi, onların hamısı üsyançı general Xəlifə Həftarın və onun ordusunun tərəfində döyüşür.
ABŞ-n qiymətləndirməsinə görə, son rübdə Liviyada 2 minə yaxın “Vaqner” qrupu üzvü aktiv olub. Hesabatda deyilir ki, ölkədə həm də Rusiyanın dəstəklədiyi 2 minə yaxın suriyalı döyüşçü yerləşib.

O da qeyd olunur ki, Rusiya üsyançı Həftar ordusuna 14 döyüş təyyarəsi, minimum 12 çoxməqsədli MiQ-29 qırıcısı və Su-24 bombardmançıları verib.

Bununla bərabər, bu qrupun Liviyadakı əməliyyatlarını təkcə Rusiya maliyyələşdirmir. Onun maliyyələşdirilməsinin Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də həyata keçirildiyi istisna olunmur.

Hesabatda o da göstərilir ki, “Vaqner” qrupunun prioritet vəzifələrindən biri də Sirtin, Əl-Cufra aviabazasının və bu iki məntəqə arasındakı müdafiə xəttinin qorunmasıdır.
AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 442          Tarix: 30-11-2020, 10:27      


Paylaş:   

Ən çox oxunanlar