Xəbər lenti


ABŞ-da inauqurasiya zamanı prezidentlərin özləri ilə apardıqları “nüvə kodları” da dəyişir.

“CNN International” xəbər verir ki, “Nuclear football” (nüvə futbol topu) deyilən və bir hərbi məmurun daim prezidentin yanında daşıdığı çanta yeni prezidentə verilir.

Lakin Donald Trampın Co Baydenin andiçmə mərasimində iştirak etmək əvəzinə Floridada vida məclisi təşkil etməsi təhvil məsələsini çətinləşdirib.
Mütəxəssislər şərh edir ki, Tramp rəsmi olaraq vəzifədən ayrıldığı 20 yanvar 23:59:59 tarixədək içindəki kodlar aktiv olan “Nuclear football”u yanında saxlayacaq.

Eyni zamanda, həmin saatda Baydenə təslim edilən ikinci “Nuclear football” da olacaq. Bayden and içən kimi onun üçün hazırlanmış çantanı alacaq və Trampın yanındakı çantada proqramdakı kodlar dərhal etibarsız olacaq. Çantanı daşımaq üçün Trampı müşayiət edən zabit də Vaşinqtona qayıdacaq.

Sözügedən çantanın içində prezidentin nüvə hücumu əmri verməsinə yol açan avadanlıqlar, səlahiyyətlə bağlı məlumatlar və əmri verən şəxsin kimliyini dəqiqləşdirmək məqsədi daşıyan rəqəmsal proqram olur.

/oxu.az/



Ana səhifəyə qayıt        Baxış: 2 655          Tarix: 20-01-2021, 17:23      


Paylaş: