Xəbər lenti

 

Ubeydullah ibni Ziyad ibni Əbihə, Mərcanə adlı kənizdən dünyaya gəlmişdir. Ona görə də bəziləri onu təhqir etmək üçün İbni Mərcanə adlandırırdılar.

Atası Ziyad ibni Əbihə Əməvi sərkərdələrindən idi ki, üsyanları yatızdıran zaman rəhimsiz insan kimi tanınmışdır. Atasından bixəbər olduğu üçün Müaviyyə (lən) onu öz qardaşı adlandırır və Əbu Süfyanın oğlu olduğunu iddia edirdi.
O, çox qəddar və rəhimsiz bir insan idi. Atası Ziyad ibni Əbihə Kufə və Bəsrə əmiri olan zaman hökumət işləri ilə məşğul olmuşdur.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Müaviyyə onu Xorasana hakim göndərir. Sonra isə Bəsrəyə əmir təyin edir. Bəsrədə olan qiyamları rəhimsizliklə yatızdırır və çox sayda insanı qətl edir.
Yezid (lən) atasının ölümündən sonra onu Bəsrə hakmiyyətindən kənarlaşdırmaq istəyir. Lakin Bəsrədə olan ağır vəziyyət onu bu fikirdən daşındırır. O zaman ki, Müslim Kufəyə gəlir, Yezid (lən) onu Kufə hakimliyinə təyin edir.
İbni Ziyad (lən) Kufəyə gələn zaman üzünü bağlayır və insanlar elə bilir ki, İmam Hüseyndir (ə). Onu təmtəraqla qarşılayırlar. Lakin az keçmir ki, onun İbni Ziyad olduğunu başa düşürlər. Onun ilk gördüyü iş bu olur ki, Müslimi tutur və öldürür.
O, insanları yığıb onlara hədələyici sözlər deyir və onlara vədə verir ki, əgər İmamı (ə) dəstəkləmək fikirlərindən daşınsalar, onları malla bəhrələndirəcəkdir. (Viki-shia saytı)
O, Kufə camaatını hədələdikdən sonra Hürr İbni Yəzidi İmam Hüseynə (ə) tərəf göndərir və əmr edir ki, onun qarşısını kəssin və icazə verməsin ki, su olan yerdə çadır qursunlar. Sonra isə İbni Sədi ordu ilə birlikdə İmama (ə) tərəf göndərir.
İbni Səd, İbni Ziyada xəbər göndərir ki, İmam (ə) geri qayıtmaq istəyir. Deyilənə görə bu xəbər onu sevindirir. Ancaq Şimr (lən) onu sülhü qəbul etməkdən çəkindirir. İbni Sədə məktub yazır ki, əgər İmam (ə) beyət etsə, onu Kufəyə gətir. Əgər etməsə, onunla vuruş. Əgər vuruşmaq istəmirsə, ordunu Şimrə təhvil versin.
İmam (ə) şəhid olandan sonra əmr edir ki, Əhli-beyti (ə) əsir götürüb, Kufəyə gətirsinlər. O, Peyğəmbər (s) nəslinin nə qədər xar olduğunu görmək istəyirdi. Ancaq xanım Zeynəbin (s.ə) kəsici sözləri onu biabır edir.
İbni Ziyad əlində olan çubuqla İmamın (ə) mübarək dişlərinə cürət edən zaman Peyğəmbər (s) səhabələrindən olan Zeyid ibni Ərqəm orada idi və bu kobud rəftarı görən zaman ağlamağa başladı və dedi: "O, çubuğu Hüseynin (ə) dodaqlarından götür. Allaha and olsun ki, dəfələrlə görmüşəm ki, Peyğəmbər (s) öz dodaqlarını ora qoymuşdur". İbni Ziyad qəzəblənir və deyir: "Allah səni ağlatsın! Allaha and olsun ki, əgər qoca olmasaydın, boynunu vurardım". Zeyid bu sözlərdən sonra məclisi tərk edir.
O zaman ki, Abdullah ibni Zubeyr Mədinədə qüdrət əldə edir, Mərvan ibni Həkəm onunla beyət etmək üçün Hicaza yollanır. Ancaq İbni Ziyad onunla görüşüb onu bu işdən çəkindirir və ona deyir ki, onun özünün xəlifə olması təklifini verəcəkdir. Mərvan geri qayıdır və İbni Ziyad Dəməşqə gedir. Zubeyr üçün insanlardan beyət alan Zəhak ibni Feysi aldadır və şəhərdən çıxardır. Mərvan üçün beyət almağa başlayır. Mərvanilər müharibəsində Mərvan ordusunun atlılarına rəhbərlik edir.
Mərvan hakim olan zaman İbni Ziyad Dəməşqdə idi. Təvvabinlər qiyam edən zaman Mərvan, İbni Ziyadı qiyamı yatızdırmaq üçün göndərir.
Bu qiyamdan sonra Muxtarın qiyamı baş qaldırır və o, Mosulda Muxtara hücum edir. Muxtarın tərəfdarları məğlub olur və Muxtar yeni ordunu onunla vuruşmaq üçün göndərir. Bu döyüşdə Muxtarın ordusu qalib gəlir. Deyilənə görə İbrahim İbni Malik Əştər özü onu öldürür.
O, Aşura hadisəsindəki xəbis əməllərinə görə tarixdə lənət olunmuş insanlar siyahısındadır.




Ana səhifəyə qayıt        Baxış: 1 204          Tarix: 5-10-2017, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma