Xəbər lenti

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsimütamadi olaraq KİV-lərin monitorinqini həyata keçirir və təhlil işləri aparılır, nəticəyə uyğun müvafiq tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, monitorinq nəticəsində dini və məzhəb ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytların olduğu müəyyənləşib: "Bu cür saytlar özlərini xəbər portalları kimi təqdin etsələr də əksəriyyəti dini qaynaqlı saytlardır. Bunlar dini mahiyyət daşıyan dini qruplar tərəfindən idarə olunub. Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Bu cür saytların demək olar ki, hamısı xaricdən idarə olunur. Onların domenlərinə baxmaq kifayətdir ki, Azərbaycandan idarə olunmadığı görünsün".




Ana səhifəyə qayıt        Baxış: 1 196          Tarix: 13-10-2017, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma