Xəbər lenti

 

Kişilərin ağ qızıl və platindən olan üzük taxması, qızıldan hazırlanmış və ya qızıl suyuna çəkilmiş saat taxması, qızıl diş qoydurması icazəlidirmi?

Ovqat.com islam.az-a istinadən bildirir ki, kişilərin qızılın hər hansı növündən hazırlanmış üzük taxması haramdır. İstər sarı qızıl olsun, istərsə də ağ qızıl. Platin və digər qiymətli metallara gəlincə, bunlar icazəlidir, yalnız qızıl bəzək əşyası kişiyə haramdır. Əgər qol saat bütünlükdə və ya qısmən (məsələn, əqrəbləri) qızıldan hazırlanıbsa, ondan da istifadə etmək kişiyə haramdır və bu saatla qəsdən namaz qılmaq batildir. Qızıl diş əgər bəzək məqsədilə qoyularsa və qabaq tərəfdə, görünən yerdə olarsa, məsləhət deyil, müctəhidlər bunu ehtiyata görə haram bilirlər.




Ana səhifəyə qayıt        Baxış: 2 137          Tarix: 17-10-2017, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma