Xəbər lenti

"Dövlət Təhlükəsizliyi Xidmətinın keçirdiyi sonuncu əməliyyatlar radikal qrupların o hissəsinə yönəlib ki, onlar silaha əl atırlar, bu yolla terror törətməyə cəhd göstərirlər".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, keçirilən əməliyyatlar həmin qrupları və onları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır: "Həmin dairələr başa düşməlidirlər ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər zaman hazırdır və cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əksik etməyəcək. Azərbaycanda terror törətmək istəyənlərə qarşı qətiyyətli olmalı və onları ifşa etməliyik".




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 26-10-2017, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma