Xəbər lenti

 

Krım Müsəlmanları Ruhani İdarəsi (KMRİ) Baxçasaray şəhərində yerləşən məsciddə vandalizm aktının törədildiyi barədə məlumat yayıb.

Ovqat.com Din.az-a istinadən xəbər verir ki, naməlum şəxslər məscidin qapısını qıraraq içəri daxil olublar. KMRİ-dan bildirilib ki, həmin şəxslər rəflərdən “Qurani-Kərim”in nüsxələrini götürüblər, onları parçalayıb yandırmağa cəhd ediblər: “Amma adamların namaz qılmağa gəldiyini görüncə onlar naməlum istiqamətdə qaçıblar”.

Polis vandalizm faktını təsdiqləyib, faktla bağlı cinayət işi başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 111          Tarix: 5-05-2017, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma