Xəbər lenti

 Qüds yəhudilərin və İsrailin əbədi paytaxtıdır.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bunu Likud Partiyasının toplantısında çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib.

“Amerika da daxil olmaqla, bütün səfirliklər Qüdsə köçürülməlidir. Onların olması gərəkən yer məhz Qüdsdür”, – deyə o bildirib.

Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.




Ana səhifəyə qayıt        Baxış: 1 128          Tarix: 12-05-2017, 22:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma