Xəbər lenti

“Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdırumalar və çətinliklər yaradır: “Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz 20 Yanvar hadisəsi zamanı belə qırğının şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik”.

A.Paşazadə qeyd edib ki, Qüds bütün dinlər üçün müqəddəsdir: “Müsəlman dövlətlərin arasında birlik olmadığına görə bundan sui-istifadə edilir. Orada minlərlə insanın qırılması bütün müsəlmanları hədəfə almaq deməkdir. Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmalı və sülh yolu ilə atılan addımlardan geri çəkililməməlidir. Şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 624          Tarix: 15-05-2018, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma