Xəbər lenti

 

Həcc ziyarəti üçün Məkkəyə gedən 69 yaşlı Azərbaycanlı zəvvar ürəktutmadan dünyasını dəyişib.

Ağdam rayonundan olan Bəhmən Şükürov həcc qanunlarına uyğun olaraq Səudiyyə Ərəbistanında dəfn olunacaq, bu barədə Turan-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

Həcc ziyarəti zamanı vəfat etmək və Məkkə yaxınlığında dəfn edilmək müsəlmanlar üçün şərəfdir.

Bu il həcc ziyarəti üçün Azərbaycanın kvotası 1400 nəfər təşkil edib. Bu kvota tamamilə dolub.

Avqustun 5-də zəvvarları daşıyan aviareyslər Səudiyyə Ərəbistanına yola düşəcək. Zəvvarlar 21-25 avqust tarixlərində geri qayıdacaqlar.

Bu il bir nəfərlik səfər qiymətləri 4285 dollar təşkil edib. (Turan)




Ana səhifəyə qayıt        Baxış: 443          Tarix: 5-08-2019, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma