Xəbər lenti

 

Satanizm – Şeytan və şeytani simvollara inananların dinidir. Dünyanın bir çox ölkəsi ilə yanaşı, Azərbaycanda da özünə yer tapan Satanizm bir sıra təriqətlərə ayrılıb. Şeytan Məbədi (Satanic Temple) və Şeytan Kilsəsi də təriqətlər sırasına daxildir. Şeytan Kilsəsi ilə bağlı sirlər çözülsə də, Şeytan Məbədi hələ də öz müəmmasını qorumağı bacarır. Bəs Şeytan Məbədi (Satanist Məbədi) ilə Satanizm və ya Şeytan Kilsəsi arasında hansı əlaqələr və nə kimi fərqlər var?

Teleqraf.com Şeytan Məbədi ilə bağlı yazını təqdim edir.

Səmavi dinlərdəki Şeytan

Satanist Məbədi haqda məlum olan ən böyük yanlış Musəvi, Xristian və İslam dinlərində adı keçən Şeytana inanması haqdadır. Həqiqətdə satanistlər üçün Şeytan sadəcə metaforadır. Yəni, Allaha müxalifətdə olduğu üçün Şeytanı inanc yeri seçiblər.

Satanizm mifologiyasına görə, Şeytan Allahın avtoritarizminə qarşı üsyanı simvollaşdırır, məntiqlə mühakimə etməyi və təzyiqlərə qarşı müqaviməti təmsil edir. Şeytan, eyni zamanda batil inanclar və təbiət xaricində olan fövqəl qüvvələrdən imtina anlamına gəlir. Lakin Satanizmdə Şeytan fiquru hər nə qədər azadlığı təsvir edirmiş kimi görünsə də, satanistlərin yerinə yetirmək məcburiyyətində qaldıqları sərt qanunları var. Şeytana inananlar Satanizmin Yeddi Qanununa tabe olmaq məcburiyyətindədir.

Bafomet heykəli

Satanist Məbədinin əsas fəaliyyətlərindən biri qanadlı keçi-adam formasında təsvir edilmiş Bafomet heykəlini ictimai yerlərdə nümayiş etdirməkdir. Təsadüfi deyil ki, keçən il ABŞ-ın Arkanzas ştatında Bafomet mərasimi keçirilmişdi.

Bafomet heykəli bir qayda olaraq, Xristianlığa müxalifətdə dayanan bir abidə kimi qəbul edilsə də, bu, bir çox hallar üçün doğru düşüncə deyil.

Bafomet nədir?

Keçi Adam və ya Bafomet fiquru Satanist Məbədinin əsas rəmzi olsa da, Şeytanı təmsil etmir. Bafometin ortaya çıxması 1100-cü illərə təsadüf edir.

Bafomet fiquru ilk dəfə Məbəd Cəgavərləri tərəfindən istifadə olunub. Fransız tarixçilər Məbəd Cəngavərlərinin Bafometə inanması səbəbindən günahkar elan edildiyini bildirir.

Bafomet adının Mahomet və ya Məhəmməd peyğəmbərin adlarının yanlış tərcüməsi səbəbindən ortaya çıxmasına dair bəzi iddialar var. Lakin bunu sübut edəcək hansısa dəlil yoxdur.

Bafometin keçi fiquru almasına ilk dəfə 1856-cı ildə rast gəlinir. Okultizmə inanan Elifas Levi “Dogme et Rituel de la Haute Magie” kitabında Bafometi təsvir etmişdi. Levinin çəkdiyi fiqur bu gün geniş yayılmış Keçid Adamdır. Cinsiyyətsiz təsvir olunan Bafometin qollarında “ayrı” və “həmrəylik” mənalarını daşıyan yazılar var. Bafomet, qədim Yunanıstanda “müzakirə” anlamına gələn, həm insan, həm də heyvan olan harberistlər tərəfindən daşınan simvol idi. Bafometin orta buynuzu müdriklik anlamına gəlir.

Satanist Məbədi Bafomet fiquru üzərində bir sıra dəyişikliklər etdi: daha çox qadına aid xüsusiyyətlər ön plana çıxarıldı.

Kilsə- məbəd çəkişməsi

Şeytan Kilsəsi Satanist Məbədi ilə qarışdırılmamalıdır. Hər iki qurum müstəqildir və bir-birindən o qədər də xoşları gəlmir. Lakin Anton Şandor La Vey tərəfindən qurulan Şeytan Kilsəsi də Bafomet fiqurundan istifadə edir. Kilsə fərdi azadlığa önəm verir, intiqam, ehtiras və günaha dəvət kimi Doqquz Prinsipi var.

Şeytan Kilsəsinə görə, bu prinsipləri yerinə yetirmək fərdə özünü möhtəşəm hiss etməsini təmin edir. Şeytan Kilsəsi Satanist Məbədini saxta bir din kimi görür, məbədə inanan satanistlərin gerçək satanist olmadığı iddiasını müdafiə edir. Kilsəyə görə, məbəd Satanizmin heç bir qanununu yerinə yetirmir.

Silinmiş xatirlərin dirilməsi

Satanist Məbədinin lideri Lüsyen Qrivz 2013-cü ildə həllinə çalışdıqları ən əhəmiyyətli problemi açıqladı. Qrivzin barəsində danışdığı məsələ, terapevtlərin yaddaşlardan silinmiş xatirələri yenidən bərpa etməyə yönəlik apardıqları terapiyalar idi. Bu proses “həll edilməli olan amneziya” adlanır. Həmin prosesi yaşayan şəxs travmatik bir olaya görə əzab çəkir və ona əzab verən xatirəni yaddaşından silib atır.

Lüsyen Qrivz travmatik olayları fərdə yenidən xatırlatma terapiyasının sui-qəsd olduğunu və bu prosesdən keçən insanların yanlış istiqamətlərə yönəldiyini dedi. Qrivzə görə, belə terapiyalar fərdlərin işləmədiyi cinayəti işləmiş kimi hiss etməsinə və yadplanetlilər tərəfindən oğurlanmasına inanmasına yol açır.

Qrivz bu kimi terapiyaların Satanist rituallarına mənfi təsir göstərdiyini və bunların yanlış olaraq Satanist ritualları kimi təqdim edildiyini demişdi.

Məbəd daxilində qarşıdurma

Satanist Məbədi daxilində də çəkişmələr var. Məbəddən gedən Yeks Blakmor keçən il bu çəkişmələrlə bağlı bir sıra faktları açıqladı.

Blakmorun iddiasına görə, Satanist Məbədi əslində Yeddi Prinsipi yerinə yetirmək əvəzinə təhdid, təzyiq və zülmün tətbiq edildiyi bir yerdir. O, məbəddə bu kimi hallarla üzləşdiyini demişdi.

Blakmor habelə, məbəd liderlərinin fərdlər arasında cinsiyyət və irq ayrı-seçkiliyi etdiyini bildirmişdi. O, Satanist Məbədinin böyük pullara sahib olduğunu da açıqlamışdı.

Müsəlmanlara dəstək bəyanatı

2015-ci ildə dünya miqyasında çoxlu sayda terror aktları baş verdi. Satanist Məbədi də terror olayları ilə əlaqədar Feysbuk hesabında diqqətçəkən paylaşım etdi:

“Minneapolis bölgəsində müsəlman olan və evindən çıxmağa qorxan kimsə varsa, bizə müraciət etməkdən çəkinməsin. Kimliyimizi açıqlamadan getmək istədiyiniz yerədək sizi müşayiət etməkdən məmnun olarıq. Getmək istədiyiniz yerə qədər sizinlə olacağıq”.

Feysbukda paylaşılan bəyanat bir müddət sonra silindi. Satanist Məbədi liderlərinin müsahibələrində bu məsələ barədə sual ünvanlandı. Liderlər bu təklifin nəticə verməyəcəyi üçün bəyanatı sildiklərini açıqladı. Lakin satanistlər müsəlmanlıq və terrorizmin eyni anlayış olmadığına diqqət çəkdilər və dini azadlıqlara hörmət edilməsini dilə gətirdilər.

Baptist Kilsəsinə hücum

Satanist Məbədi ənənəvi satanizm ayinləri və ya heyvan (pişik) qurban kəsmə kimi ritualları həyata keçirməsə də, bəzən bu kimi anlayışlardan diqqət çəkmək üçün istifadə edir. 2013-cü ildə Vestboro Baptist Kilsəsinə qarşı bu kilsənin qurucusu Fred Felpsin anasının məzarında ölü heteroseksual ruhu homoseksuala çevirmə ayini olan Pink Mass ayinini keçirdilər. Bununla kilsənin homoseksualizmə qarşı sərt bəyanatlarına etiraz etdilər. İnanca görə, bu ayindən sonra Fredin anasının ruhu homoseksual ruha çevrildiyi üçün insanlarla bərabər olmaq fürsəti əldə etmişdi.

Satanist Məbədindən uşaqlara yardım

Satanist Məbədi qeyri-adi cəhətlərinə baxmayaraq, saysız yardım kampaniyalarına da imza atıb. Bu kampaniyalardan biri də uşaqları müdafiə layihəsidir. Layihə çərçivəsində məktəbə gedəcək yaşda olan və təzyiqlərə məruz qalan uşaqlar barədə hesabat hazırlanır və yardım üçün aidiyyəti instansiyalara ötürülür.




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 31-10-2019, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma