Xəbər lenti

 Roma Papası Fransiskin Cənubi Sudana səfəri bu ölkədə baş verən humanitar böhran səbəbindən baş tutmayıb.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, Papa cari ilin fevralında Romadakı anqlikan məbədinə ziyarəti zamanı bu məbədin nümayəndələri ilə birgə Sudana səfər edəcəyini açıqlamışdı.

Vatikandan bildiriblər ki, pontifikin Cənubi Sudana səfəri hələlik baş tutmasa da, kilsə qapılarını bağlamayıb. Belə ki, Papa bu ölkəyə 500 min dollar həcmində yardım ayırıb.

BMT-nin hesabatına görə, Cənubi Sudanda 100 min insan aclıqdan əziyyət çəkir.




Ana səhifəyə qayıt        Baxış: 1 029          Tarix: 21-06-2017, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma