Xəbər lenti


Əl-Hərir, Əlcəzair
24.12.2020


Müəlliflər: Akademik Mərvan Sudah, Yelena Neqodina

“Əl-Hərir” informasiya şəbəkəsi olaraq, qardaş Azərbaycanda dinlər, xüsusilə onların cəmiyyətdə gündəlik rolu və yeri haqqında obyektiv yazılarımızı davam etdiririk. Bu mövzu təkcə din nümayəndələri üçün deyil, həmçinin dünyanın müxəlif xalqları və millətləri üçün böyük əhəmiyyət daşıyır. Din, din nümayəndələri bəşəriyyətin taleyində böyük rol oynayırlar.
Bakı dini tolerantlığın və azadlıqların qorunduğu qaladır
Din insanla bağlı olan səmavi dəyərdir, inamdır, hər şəxsin gündəlik düşüncəsi, gələcəyə baxışıdır. Din özündə ülvi əxlaqi keyfiyyətləri, təlimləri, prinsipləri, baxışları birləşdirən ali bəşəri dəyərdir. Bütün bunlar insanların düşüncələrinə, daxili aləminə, dövlətlərin gələcəyinə, fəlsəfəsinə həlledici təsir edir.

Biz hələ Sovet dövründən başlayaraq, bir neçə onillikdir ki, Azərbaycanın, eləcə də digər keçmiş Sovet respublikalarının gündəlik dini və mədəni həyatını yaxından izləyirik. Bu ölkələrin əksəriyyətində, xüsusilə hürriyyətlərin, ülviyyətin, insan hüquqlarına hörmətin qorunduğu Azərbaycanda dini plüralizm sözün əsl mənasında yüksək səviyyədədir. Təəssüf ki, bu sözləri məsələn, digər possovet respublikası olan Ermənistan haqda demək mümkün deyil. Konkret olaraq Ermənistan birməzhəbli, başqa dinlərə qarşı tolerantlığın olmadığı ölkədir.
Biz Sovet İttifaqı, Azərbaycan və Rusiya üzrə tədqiqatçılarıq. Araşdırmalarımız zamanı müsəlman Azərbaycan Respublikasının nümunəsində fərqli mənzərə ilə qarşılaşırıq. Azərbaycanda dini icmalar daxili müstəqiliyyə malikdir. Bu ölkədə hər bir dini icmanın sosial məsələlərin həllilə məşğul olan xidməti, onun binası belə, var. Azərbaycanda bütün dini icmaların hüquqları qanunla qorunur, məscidlər, kilsələr, məbədlər qardaşlıq şəraitində fəaliyyət göstərir.

Burada məsələn, xristian dini ibadətgahları müxtəlif konfessiyalara bağlıdır. Onlar dini etiqad azadlığına malikdirlər.
Ümumiyyətlə, müxtəlif din nümayəndələrini vahid insanlıq ailəsində birləşdirmiş Azərbaycan reallığı müxtəlif siyasi sistemlər üçün yaxşı nümunədir.
Azərbaycanda xristianlıq islamdan sonra ən çox yayılmış ikinci dindir. Burada xristianlığın tarixi erkən miladi dövrünə gedib çıxır. Ölkə əhalisinin ümumi sayına nisbətdə xristianların sayı az olsa da (5%-dən az), onlar cəmiyyətin gündəlik həyatında böyük və fəal rol oynayırlar. Azərbaycan Respublikasının müasir, açıq və dünyəvi siyasi sistemi başqa dinlərə, onun nümayəndələrinə böyük tolerantlıqla yanaşır. Məhz bu üzdən, Bakı müstəqil dövlətin paytaxtı kimi, dinlərarası dialoqla bağlı müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib və edir.

Tarixi mənbələr və faktlar göstərir ki, Azərbaycan xalqının əcdadları miladın ilk əsrlərində xristianlığa etiqad ediblər. Ölkə ərazisində tikilmiş və günümüzə qədər gəlib çatmış kilsələr, monastrlar da bunu sübut edir. Bu tikililərin bəziləri Oğuzda – Azərbaycanın tarixi alban torpaqlarındadır.
Amma bu gün Azərbaycan xalqı qeyd etdiyimiz kimi, başqa dinlərə tolerant münasibət bəsləyir. Burada xristian məbədlərini, xüsusilə dövlət və xalq tərəfindən qorunan alban kilsələrini müqəddəs məkanlar kimi ziyarət edirlər. Kiş (Şəki), Gəncəsar, Xudavəng (Kəlbəcər), Kürmük, Ləkit, Qum (Qax), Avey (Qazax), Çotari (Qəbələ) və s. alban məbədlərini buna misal göstərmək olar.

Azərbaycanda fəaliyyət göstərən əsas kilsələrdən biri isə Rus Ortodoks Kilsəsidir. Burada Gürcü Ortodoks, Roma Katolik, Lüteran Protestant kilsələri də fəaliyyətdədir. Azərbaycan cəmiyyətində onların hər birinin tərəfdarları var.
Bakıda erməni ortodoks kilsəsi belə, də mövcuddur.

Ölkədə xristianların əksəriyyəti əsasən rus əsillidirlər. Daha sonra gürcü xristianlar gəlir. Erməni xristianlar əsasən Azərbaycanın Qarabağ bölgəsində yaşayır. Bundan başqa, Azərbaycanda 2003-cü ildə “Alban-Udi xristian icması” rəsmi qeydiyyatdan keçib. Onlar Qafqaz Albaniyası kilsəsinin ardıcılları hesab edilirlər. Sayları təxminən 5 min nəfərdir. Bu kilsə XIX əsrin birinci yarısında ləğv edilib və əmlakı haqsız olaraq, erməni kilsəsi tərəfindən mənimsənilib.

AZƏRTAC-da yayımlanmış bir araşdırmada bildirilir ki, Qafqaz Albaniyası qədim tarixi, mədəniyyəti və abidələrilə hər zaman dünya tarixçilərinin diqqətini çəkib. O, dünyada xristianlığın yayıldığı ilk ölkələr sırasındadır. Qeyd edilir ki, tarixi mənbələrə görə, eramızın I yüzilliyində bu ərazilərə Qüds və Suriya xristian missionerləri gəlib, beləliklə də burada ilk xristian icmaları yaranıb. 1836-cı il martın 11-də Alban Həvvari Kilsəsi Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni qriqorian Kilsəsinin tabeliyinə verilib, sonradan ermənilərin siyasəti sayəsində bu məbədlər saxtalaşdırılıb və ermənilərin adına çıxarılıb. Beləliklə Alban Kilsəsinin müstəqilliyinə son qoyulub.

Azərbaycanda kilsələrin dövlət hesabına təmiri və qorunması işləri dayanmadan davam etdirilir.  Məsələn, kiçik alman icmasının yaşadığı Göygöldə tarixi lüteran kilsəsi təmir edilərək inanclı şəxslərin istifadəsinə verilib. Paytaxt Bakıda katolik icmasının kilsəsi var. Bu kilsədə evsiz şəxslər üçün sığınacaq da yaradılıb.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Hərir


Ana səhifəyə qayıt        Baxış: 2 831          Tarix: 24-12-2020, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma