Xəbər lenti

  

Quran xalq dilində nazil olub. Allah Təala Quranda bu barədə belə deyir:

"Biz hər elçini (peyğəmbər) öz cəmiyyətinin dili ilə göndərdik ki, onlara yaxşı-yaxşı izah etsin" (İbrahim, 14/4).
Ovqat.com muselmanlar.com-a istinadən bildirir ki, ərş sözü xalq arasında işlədilən dildə səltənət kürsüsü, ərşə istiva etmək ifadəsi isə idarənin başına keçmək mənası verir. Türk dilində də bu kimi ifadələr işlədilir. Məsələn, padşah taxta çıxdı, filankəs prezidentlik kreslosunda oturdu kimi ifadələr. Bunların mənası o şəxsin həmin mövqeyə gəlməsi deməkdir. "Allah ərşə istiva etdi" cümləsi də eynidir və kainatın idarəsinin Allahın əlində olduğunu bildirir.




Ana səhifəyə qayıt        Baxış: 1 190          Tarix: 11-07-2017, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma