Xəbər lenti

 

Əgər Quran ayələrinə nəzər salsaq, görərik ki, behişt qadınları iki dəstədirlər:

1. Huruleynlərdir ki, Quranın bir çox ayələrində onların sifətləri bəyan olunmuşdur. "Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub". ("Rəhman" 70-74).
"Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır). Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!". ("Vaqiə" 22-23).
"Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq. ...". ("Vaqiə" 34-37).
2. Saleh qadınlardır ki, huruleynlərdən daha gözəldir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun! Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır.
Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz. Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir". ("Zuxruf" 70-72).
"(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar". ("Rəd" 23).
"Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər". ("Yasin" 55-56).
Həzrət Peyğəmbər (s) saleh qadınların xüsusiyyəti barəsində buyurur: "Müsəlman kişi üçün İslam dinini qəbul etdikdən sonra, müsəlman bir qadına malik olmaqdan yaxşı fayda yoxdur. O zaman ki, onu görər - bütün varlığında kamil sevinc yaranar. Ərinin istəklərinə kamil itaət edər və onun qeybində öz iffət və paklığını, həmçinin ərinin malını qoruyar". (Tebyan)
Behişt qadınlarının hər ikisi də pakdırlar və hər cür çirkinlikdən uzaqdırlar. Onların qəlbində həsəd, kin, hər cür xəbis sifətlər mövcud deyildir. /Milli.az/




Ana səhifəyə qayıt        Baxış: 1 071          Tarix: 29-07-2017, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma