Xəbər lenti

 

Cavab: Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını inkar edir. Ateistlərin fikrincə, allahın olub olmamasının birbaşa sübutu yoxdursa, deməli allah da yoxdur. Ateistlər bütün dini təsdiq etmələri inkar edir.

Bəs aqnostik kimdir?  Aqnostisizm - fəlsəfənin elə bir mövqeyidir, hansı ki, həyatda baş verən bəzi hadisələrin subyektiv təcrübənin vasitəsilə sübut edilməsi, yaxud tədqiq edilməsinin mümkün olmadığından bəhz edir. Həqiqətən, xeyli hadisələr birmənalı sübut ola bilmir. Onların təbiəti heç bir obyektiv ifadə bildirmir. 

Müəyyən dərəcədə aqnostisizm metafizikanın antitezisidir. Metafizika fəlsəfənin istiqamətlərindən biridir. Metafizika reallığın, varlığın, dünyanın əmələ gəlməsinin və mövcud olmasının təbiyətini öyrənir. Aqnostik ateistdən məhz ona görə fərqlənir ki, o bu və ya digər hadisələrin mövcud olmasını təkzib etmir. Aqnostik təsdiq edir ki, hər halda, bu gündə belə bir faktlar sübut yaxud tədqiq oluna bilməz.

Ateist isə çox hadisələrin, allahın və dini əqidələrin olub olmamasını inkar edir. Eyni zamanda, bu o demək deyil ki, ateistin öz mənəvi prinsipləri yoxdur.

Əslində, ateist elə bir insandır, hansı ki, fövqəltəbii hadisələrin olmasına skeptik yanaşır. Aqnostik fövqəltəbii hadisələrin olmasını inkar etmir, eyni zamanda onlara inanmır. /meslehetdir.com/




Ana səhifəyə qayıt        Baxış: 4 819          Tarix: 12-08-2017, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma