Xəbər lenti

 

İslamın ilk əsrindən Azərbaycan torpaqları xilafət tərəfindən işağl olunduğu üçün müxtəlif dini mətnlərdə bu adla tez-tez rastlaşırıq. Bu məsələ hədis kitablarından da yan keçməyib.

Ovqat.com muselman.az-a istinadən bildirir ki, İmam Mehdinin (ə.f) qeyb dövrü ilə bağlı yazılan və günümüzə gəlib çatan ən qədim kitab Nömaninin "Əl-Ğeybə" (s.194, bölmə:11, hədis: 1) əsərində Azərbaycan adı keçən aşağıdakı mətn vardır:
 
Mənə xəbər verdi Əhməd ibn Məhəmməd ibn Səid ibn Üqdə, o da Əhəməd ibn Yusif ibn Yəqib Cöfidən, o da İsmail ibn Mehrandan, o da Həsən ibn Əli ibn Əbi Həmzədən, o da atasından və Vühəyb ibn Həfsdən, o ikisi də Əbu Bəsirdən nəql edirlər ki, İmam Sadiq (ə) buyurdu: "Atam (ə) mənə dedi: "Azərbaycandan bir od qalxacaq ki, qarşısında heç nə dayanmayacaqdır. Bu zaman evinizdə oturun və nə qədər ki, biz evimizdə oturmuşuq, siz də oturun. Hərəkətdə olanımız hərəkət edən kimi ona tərəf hərəkət edin, əgər dizləri üstə iməkləyərək olsa belə. And olsun Allah ki, sanki rükn və məqam arasında dayandığını və insanlardan yeni kitab əsasında beyət aldığını görürəm; O, ərəblərə qarşı kəskindir. Vay olsun o gün ərəblərdən olan zalımların halına yaxınlaşan şərdən".
Hədisin ərəbcə mətni:
 
حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِيدٍ ابْنُ عُقْدَةَ الْكُوفِيُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ يُوسُفَ بْنِ يَعْقُوبَ الْجُعْفِيُّ أَبُو الْحَسَنِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ عَنْ أَبِيهِ وَ وُهَيْبِ بْنِ حَفْصٍ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ إِنَّهُ قَالَ لِي أَبِي ع‏ لَا بُدَّ لِنَارٍ مِنْ‏ آذَرْبِيجَانَ‏ لَا يَقُومُ لَهَا شَيْ‏ءٌ وَ إِذَا كَانَ ذَلِكَ فَكُونُوا أَحْلَاسَ بُيُوتِكُمْ‏ وَ أَلْبِدُوا مَا أَلْبَدْنَا فَإِذَا تَحَرَّكَ مُتَحَرِّكُنَا فَاسْعَوْا إِلَيْهِ وَ لَوْ حَبْواً وَ اللَّهِ لَكَأَنِّي أَنْظُرُ إِلَيْهِ بَيْنَ الرُّكْنِ وَ الْمَقَامِ يُبَايِعُ النَّاسَ عَلَى كِتَابٍ جَدِيدٍ عَلَى الْعَرَبِ شَدِيدٌ وَ قَالَ وَيْلٌ لِطُغَاةِ الْعَرَبِ مِنْ شَرٍّ قَدِ اقْتَرَبَ.
 
Bu hədisi Nömani "Əl-Ğeybə" kitabında iki dəfə (s.194 və 263, hədis:24) eyni sənəd və mətnlə nəql edib.
 
Nömanidən qabaq və sonra birinci dərəcəli mənbələrin heç bir bu hədisi rəvayət etməmişdir. Sonrakı mənbələr isə Nömanidən rəvayət ediblər.
Bunlardan aşağıdakı mənbələri göstərmək olar:
Şeyx Hürr Amuli, "İsabtul-hüdat bin-nəssi vəl-möcüzat", 5/158/bab:27, hədis:484.
 
Əllamə Məclisi, "Biharul-Ənvar", 52/135/bab:22, hədis:40 və c.52/294/bab:26, hədis:42.
Mühəddis Nuri, "Müstədrəkul-Vəsail", 11/35/bab:12, hədis:12367.
 
Mülahizələr:
1. Hədis qaynaq baxımından öz mövsuzunda etibarlı və qiymətli kitablardan birində nəql edilmişdir.
 
2. Hədis sənəd baxımından iki nəfərə görə problemlidir: a) Həsən ibn Əli ibn Əbu Həmzə - "vaqifi" (7 imamlı) və "kəzzab" (yalançı) kimi tanınır; b) Vühəyb ibn Həfs - "vaqifi"dir. Amma bəziləri "doğrudanışan" (siqə) olduğunu deyiblər. Məzhəbi "ədalət"də şərt bilməyən alimlər bu cür ravilərdən doğrudanışan olduqları üçün hədisi qəbul edirlər.
 
3. Nömaninin öz nəqlində "Labuddə Lİ-NARİN - لنار - (bir od və atəş) min Azərbaycan" - لَا بُدَّ لِنَارٍ مِنْ‏ آذَرْبِيجَانَ - sözü keçdiyi halda təkcə "Biharul-Ənvar"da (yəni əsas qaynaqdan ən azı 600 il sonra yazılmış kitabda) bu söz "labuddə LƏNA (لنا) - لَا بُدَّ لَنا - (bizim üçün) min Azərbaycan" yazılıb ki, ərəb dilində "linar - لِنَارٍ" sözünün sonundakı "r" (ر) hərfi düşmüş və ərəb dilində "ləna - لنا" (bizim üçün) oxunmuşdur.
 
4. AZƏRBAYCAN sözü o zaman Həmədandan tutmuş Ərdəbilə qədər bir əraziyə şamil olunurdu və indi Azərbaycan Respublikası adlanan vətənimiz o zaman ərəbdilli İslami mətnlərdə daha çox Ərran (Aran) kimi istifadə olunub. Buna görə də Azərbaycandan od qalxsa da, qalxmasa da bunun bizim ölkəmiz ilə bir əlaqəsi yoxdur.
 
5. Sosial şəbəkələrdə Əhl-beyt (ə) adına yayılan "Azərbaycan təkcə biz əhl-beyt üçündür" hədisi "Biharul-Ənvar"da baş verən nüsxə və yazı səhvinə görədir və hədisin əsl nüsxəsində bu məna yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 928          Tarix: 13-08-2017, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma