Xəbər lenti

 Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Səudiyyə rəhbərliyini tənqid etməsi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu ölkənin Ər-Riyaddakı səfiri Diter Valter Halleri nazirliyə çağırıb.

Axar.az xəbər verir ki, Almaniya səfirinə Ziqmar Qabrielin tənqidinə görə protesto notası verilib. Məlumata görə, səfirə notanı nazirliyin siyasi işlər vəkili Adil Mirdad təqdim edib.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Z.Qabriel Livan Baş naziri Saad Həririyə görə Səudiyyə Ərəbistanını tənqid etmiş, onun Ər-Riyadda saxlanılmamalı olduğunu bildirmişdi. Bundan sonra, Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini məsləhətləşmələr üçün təcili Ər-Riyada çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 19-11-2017, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma