Xəbər lenti

Batumidə “Leogrand” hotelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.

Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var. Son məlumatlara görə, yanğında ölənlər də var.

Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.

Oteldəki sakinlər təxliyə olunublar.// AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 24-11-2017, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma