Amerika bölgədəki bəzi dövlətləri təxribata çəkərək İrana qarşı yönəltməyə çalışır.
Azərtac xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneyi deyib.
Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü münasibəti ilə iş adamları ilə görüşən Ali Rəhbər bildirib ki, müharibə hələ heç kimə fayda verməyib. Bölgəmizə münaqişə və müharibəni gətirən ABŞ-dır. Buna görə də Amerika bölgəni tərk etməlidir. ABŞ elə düşünməsin ki, keçmişdə olduğu kimi törətdiyi cinayətlərə görə cəzasız qalacaq. Cəzasız qalmaq dövrü artıq geridə qalıb.
Onun sözlərinə görə, İrana qarşı hər hansı bir təxribat baş versə, çox ağır cavab veriləcək. İran milli maraqlarından bir addımda olsun geri çəkilməyəcək.
S.Ə.Xamneyi ABŞ-ın iqtisadi sanksiyalarına qarşı milli istehsalın artırılmasının vacibliyini qeyd edib.
Paylaş: