Xəbər lenti

İranın fəaliyyətdə olan hökumət başçısı Həsən Ruhani seçicilərin 23 milyon 549 min səsini qazanaraq, yenidən prezident seçilib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli rəsmi nəticələri elan edərkən bildirib.

“41 milyon 220 min səsvermə bülleteni sayılıb. Həsən Ruhani 23 milyon 549 min, yaxud səslərin 57 faizini, Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min, yaxud səslərin 38,5 faizini toplayıb”, - deyə nazir bildirib.

Qeyd edək ki, 56 milyon 410 min 234 seçici qeydə alınıb

 




Ana səhifəyə qayıt        Baxış: 1 242          Tarix: 20-05-2017, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma