Xəbər lenti

 

ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronilə telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən CNN məlumat yayıb.

Adı açıqlanmayan mənbənin sözlərinə əsasən, liderlər Rusiya Prezidenti Vladimir Putini gələn il keçiriləcək G7 sammitinə dəvət etməklə bağlı razılaşıblar. Trampın dünya liderləri ilə müzakirə etmək üçün bu məsələni qaldıracağı gözlənilir.

"Gələn il Rusiyanı görüşə dəvət etmək təklifini Makron irəli sürüb, Tramp da razılaşıb", - reportyor Kayli Atvudbildirib.

O əlavə edib ki, gələn il G7 sammiti ABŞ-da keçiriləcək.

Daha əvvəl ABŞ prezidenti Rusiyanın yenidən "Böyük səkkizlik" (G8) formatına qayıtmasının məqsədəuyğun olduğunu söyləmişdi.




Ana səhifəyə qayıt        Baxış: 390          Tarix: 21-08-2019, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma