Xəbər lenti

ABŞ Suriyadakı "Barış bulağı" əməliyyatının dayandırılması ilə bağlı Ankara və Vaşinqton arasındakı razılaşmaları tam yerinə yetirməyib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində deyib.

Rusiya səfərindən qayıdan Ərdoğan təyyarədə bildirib: “ABŞ-ın verdiyi vədlər tam yerinə yetirilmədi. Nəticələri qəbul edəcəyiq və bununla bağlı lazımlı addımları atacağıq. Güzəşt etsək, terrorçulara yol aça bilərik”.

O, əlavə edib ki, Türkiyəyə çatdıqda daha dəqiq məlumatlar alacaq.

Qeyd edək ki, bu, Suriyada əməliyyatın dayandırılması haqqında Türkiyə və ABŞ arasındakı razılaşmadan sonra rəsmi Ankaranın ilk reaksiyasıdır.

Onu da qeyd edək ki, Türkiyə Ordusu tərəfindən Suriyanın Fərat çayının şərqində keçirilən “Barış bulağı” antiterror əməliyyatının dayandırılması ilə bağlı verilən 120 saatlıq müddət bitib.




Ana səhifəyə qayıt        Baxış: 239          Tarix: 23-10-2019, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma