Xəbər lenti

 

Türkiyəli məşhur yutuber Ruhi Çenet Ermənistanın paytaxtı İrəvana gedib və bəlkə də özü də bilmədən Azərbaycan türkləri üçün bir çox həqiqətlərin üstünü açıb.

Yaxın oturun, indi onları bir-bir sadalayacam.

Videodan görünür ki, Ruhi Çenet kifayət qədər modern görünüşlü, Avropanı gəzmiş, ingiliscə bilən bir erməniyə yaxınlaşıb, türklər haqda nə düşündüyünü soruşub.

Erməni isə açıb ağzını, yumub gözünü. Qondarma soyqırımdan, erməni dövlətinin öz ərazilərini itirməsindən, guya türklərin qədim erməni torpaqlarını işğal etməsindən zəvzək-zəvzək danışıb. Deyib, torpaqlarımızın 90 faizini itirmişik, 1 milyondan çox insanımız qətlə yetirilib.

Bu, ermənilərin ağılsızlığı, savadsızlığı deyil, hiyləgərliyidir. Ona təbliğ olunan saxta tarixdən hər vəchlə istifadə etməyə çalışır. Əminəm, Avropaya gedəndə də bunları danışır, bir vaxtlar “Böyük Ermənistan” olduqlarını iddia edirlər.

Ruhi Çenetin növbəti sualı Xocalı soyqırımı ilə bağlı olur. Erməni isə dəhşət doğuracaq bir cavab verir: bir neçə insanın ölümü soyqırım sayıla bilməz. Fikir verdinizmi?

Dünya tarixində misli görülməmiş qəddarlığa məruz qalan Xocalı sakinlərinə, körpələrə sanki həşərat kimi yanaşır bu erməni.

***

İndi gələk bizim nanay kosmopolitlərə. Halal torpağı işğal edilmiş, qadınları, uşaqları hər cür zorakılığa, əxlaqsızlığa, kişiləri dəhşətli işgəncələrə məruz qalmış bu adamlar az qala ermənilərə qardaş gözü ilə baxsınlar.

Bu manqurtlar başa düşmürlər ki, bu ermənilər dəyişməyib, 92-nin Xocalısında necə idilərsə, indi də elədirlər.

Bunu sözügedən video sübuta yetirdi.

Videoda türklər haqqında danışan bir erməni haqqımızda “heyvan” kəliməsini işlədir.

Fikrimcə, onun dediyi “heyvan” kəlməsi erməniləri qardaş görən, onlarla virtual dostluq edən və utanıb-qızarıb yerə girmədən, Mübarizə hürən bütün “azərbaycanlı”lara çox yaxşı yapışır. Təbii, burada vəhşi, yırtıcı, zərərverici heyvandan söhbət gedir.

Onu da deyim ki, bu sözlərimi bütün ermənilərə şamil etmirəm. Onların arasında Azərbaycanın haqlı Qarabağ davasını dəstəkləyənlər də var. Amma sayları çox azdır. Biz isə Qarabağ münaqişəsi lehimizə həll olunmayana qədər yalnız o azlığı dəstəkləməliyik, bütün erməniləri deyil.

Sonda onu deyim ki, Ruhi Çenet təkcə bir video çəkmədi. Həm də Ermənistana qarşı mülayim münasibət sərgiləyən maymaq “kosmoplit”lərimizin üzünə həqiqət şilləsi çəkdi.

Ümid edirəm, onlar bu şillənin istisini uzun müddət hiss edəcəklər. \\Axar




Ana səhifəyə qayıt        Baxış: 462          Tarix: 13-02-2020, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma