Xəbər lenti

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya tərəfindən işğal edilmiş Krım bölgəsinin sakinləri üçün yeni bir şəhərin qurulması təlimatı verib.

Teleqraf.com xəbər verir ki, prezident məsələ ilə əlaqədar Ukraynanın Krım bölgəsinin daimi nümayəndəsi Anton Korineviç, Krım bölgəsinin deputatları Dariya Sviridova və Tamila Taşeva ilə görüşüb.

İşğal altındakı Krım yarımadasındakı son durum haqda məlumat alan Zelenski Krım tatarlarının problemlərini həll etmək üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.

Prezident Krım nümayəndələri ilə görüşdə bölgəyə dair son layihələri də müzakirə edib. Türk həmkarı Rəcəb Tayyib Ərdoğanla son görüşündə Krımdan Ukraynaya köç etmək məcburiyyətində qalan insanlarla bağlı yeni layihələri razılaşdırdıqlarını deyən Zelenski Xerson bölgəsində tatarlar üçün yeni bir şəhərin salınacağını açıqlayıb.

O, il ərzində bu istiqamətdə ilk addımların atılacağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 1 355          Tarix: 14-02-2020, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma