Xəbər lenti

“Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək. Buna əminəm”.

TASS xəbər verir ki, bunu Hindistana səfəri ərəfəsində Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu, böyük bir problemdir, ancaq Çin rəhbəri ölkəsini sevir, çox işləyir və bu problemi həll edəcək”, Trapm bildirib.

O, əlavə edib ki, koronavirusla mübarizədə ABŞ hakimiyyət orqanları fəal iştirak edirik, baş verən hər şeyi yaxşı qiymətləndirir: “Ölkəmizdə vəziyyət tamamilə nəzarətimizdədir. ABŞ-da koronavirusa 12 nəfər yoluxmuşdu, amma indi onların əksəriyyətinin səhhəti yaxşılaşıb”. (APA)




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 24-02-2020, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma