İtaliyada insanları koronavirusa yoluxduran şəxs Kodonyo şəhər sakini, 38 yaşlı Mattia xəstəxanadan buraxılıb.
Bu haqda məlumatı ANSA nəşri yayıb.
İnfeksiyanın ilk halı fevralın 21-də tənəffüs çatışmazlığı olan ağır bir xəstənin Pavia şəhərinin reanimasiya şöbəsinə köçürüldükdən sonra məlum olub.
Kişi fevralın 19-da xəstəxanaya müraciət edib, ancaq COVID-19 üçün sınaq dərhal aparılmayıb. Eyni zamanda, o, xəstəliyini digər insanlara, o cümlədən yaxınlarına da yoluxdurub.
TASS agentliyi bildirir ki, kişinin atası daha sonra ölüb, hamilə arvadı isə yüngül bir xəstəlik keçirib və xəstəxanadan evə buraxılıb.
Eyni zamanda, koronavirusun ilk qeydə alındığı Çində olmayan Mattianın kimdən yoluxduğunu tapmaq mümkün olmayıb.
Son bir gündə İtaliyada koronavirusdan 601 nəfər ölüb. Bu, bir gün əvvələ nisbətən 50 nəfər azdır. \\KONKRET.az
Paylaş: