Xəbər lenti

Putinə verilən suallardan biri Rusiya-ABŞ münasibətləri ilə bağlı olub. FTB-nin sabiq başçısı Ceyms Kominin Rusiyanın ABŞ-dakı seçkilərə təsir etdiyi barədə ifadəsini şərh edən president bu iddiaların sübutlarının olmadığını söyləyib.

Dövlət başçısı ümid etdiyini ifadə edib ki, Rusiya və ABŞ Suriya və Ukrayna problemlərini birlikdə həll edəcəklər.

“Biz konstruktiv dialoqa hazırıq”, - o deyib.

Dövlət başçısı xatırladıb ki, Rusiya və ABŞ iki dünya müharibəsində eyni cəbhədə vuruşurdu.

“Biz dünyada yoxsulluqla mübarizə üzərində işləməliyik. Radikalizm və terrorizmə qarşı mübarizə aparmalıyıq”, - prezident vurğuladı.

***

Rusiya prezidenti “Ukraynanın seçimi” cəmiyyətinin rəhbəri Viktor Medvedçuku (Vladimir Putinin ən yaxın dostlarından biri hesab edilir – red.) “Ukrayna millətçisi” adlandırıb. Putinin sözlərinə görə, o, öz ölkəsinə məxsus baxışlar sisteminə malikdir.

“Onun baxışları Ukrayna millətçilərinin baxışlarında itilənib. Franko, Çornovol, Draqomanov. Bunlar Ukrayna millətçiliyinin fundametalistləridir. Onlar, yeri gəlmişkən, Krımı Ukraynanı tərkibində görmədilər. Onlar həmişə Ukraynanın federasiya halına salınmasını dəstəkləyirdilər. Onlar anlayırdılar ki, demərkəzləşdirmə orada alınmır”, - Putin deyib.

Rusiya prezidenti həmçinin ukraynalı həmkarı Pyotr Poroşenkonun bir neçə gün əvvəl verdiyi bəyanata cavab verib. Ukrayna lideri Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsi ilə bağlı bəyanatında Rusiya şairi Lermontovun sözlərindən istifadə etmişdi: “Əlvida, kirli Rusiya, ağalar ölkəsi, qullar ölkəsi. Siz mavi mundirlilər və onlara sadiq xalq…”.

Putin Poroşenkoya xatırlatdı ki, “mavi mundirlər” nəinki Rusiyada, Avropada daha çoxdur. O həmçinin xatırladıb ki, Lermontovunun şeirinin yazıldığı vaxt, bu gün Ukrayna adlanan ərazilər Rusiyanın bir hissəsi idi.

“Poroşenko rus klassikasını bilir. Bunun üçün onu tərifləyəcəyəm”, - Rusiyanın dövlət başçısı zarafat edib.

***

Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” başlanıb.

Qərbin tətbiq etdiyi sanksiyalar haqqında suala cavab verən Putinin sözlərinə görə, sanksiyaların tətbiqi üçün Krım məsələsi olmasaydı, nəsə başqa şeyləri fikirləşərdilər. Putin əminliyini ifadə edib ki, sanksiyalar Rusiya iqtisadiyyatının vəziyyətində kardinal təsir etməyib. Amma dövlət başçısı etiraf edib ki, neftin qiymətinin düşməsi daha əhəmiyyətli problem olub.

“Amma sanksiyaların müsbət nəticələri də var. Məhdudiyyətlər nəticəsində ölkə bir çox sahələrdə öz səlahiyyətlərini bərpa etdi. Bu, raket istehsalı, əczaçılıq, maşınqayırmaya, kənd təsərrüfatı və başqa sferalara aiddir. Rusiya satış bazarları axtarır”, - Putin bildirib.

Rusiya prezidenti ölkəsinin sanksiyalar görə 50-52 milyard, onları tətbiq edən dövlətlərin isə 100 milyard dollar itirdiyini söyləyib.

***

Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” başlanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatı, həmçinin beynəlxalq vəziyyətə dair suallara cavab verəcək.

Ötən il “Birbaşa xətt” 3 saat 40 dəqiqə davam edib. Prezident 80 suala cavab verməyə vaxt tapıb.

 




Ana səhifəyə qayıt        Baxış: 800          Tarix: 15-06-2017, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma