Xəbər lenti


Rusiya Suriyaya beynəlxalq humanitar yardımların çatdırılmasına dair müvafiq mexanizmin vaxtının uzadılmasını nəzərdə tutan Almaniyanın təklifini BMT Təhlükəsizlik Şurasında veto etdikdən sonra özü qərar layihəsi təklifi ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın təklifini BMT Təhlükəsizlik Şurası rədd edib. Rusiya tərəfindən irəli sürülən təklifdə Suriyaya 6 ay müddətində yalnız bir sərhəd məntəqəsindən humanitar yardım daxil edilməsi nəzərdə tutulub. Təklifə əsasən Suriyaya humanitar yardımlar Türkiyənin Cilvəgöz sərhəd məntəqəsindən daxil ola bilər. Amma bu təklif BMT Təhlükəsizlik Şurasında lazım olan - 9 səs qazanmadığı üçün rədd edilib.
Rusiyanın təklifi ABŞ, Fransa, Almaniya, Belçika, Estoniya və Dominikan tərəfindən rədd edilib. Tunis, İndoneziya, Çin, Vyetnam, Cənubi Afrika isə qərarı dəstəkləyib.

Xatırladaq ki, ötən gün BMT-də müzakirələr zamanı Rusiya Suriyaya Türkiyə üzərindən iki keçid məntəqəsindən beynəlxalq humanitar yardımların çatdırılması mexanizminin vaxtının uzadılmasına dair Almaniyanın təklifini veto etmişdi.



Ana səhifəyə qayıt        Baxış: 3 092          Tarix: 9-07-2020, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma