Xəbər lenti

İŞİD və YPG terror təşkilatlarını sərhədlərindən təmizləmək üçün “Fərat Qalxanı” hərəkatı keçirən Türkiyə ikinci əməliyyata başlayır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Fərat Qılıncı” adı verilən əməliyyat üçün Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna “hazır olun!” təlimatı verilib.

Əməliyyat üçün Türkiyə-Suriya sərhədinə böyük miqdarda hərbi texnika, sursat və canlı qüvvə toplanıb. Bu, “Fərat Qanxanı”nda istifadə olunan hərbi texnika və sursatdan iki dəfə çoxdur. Bölgədə xüsusi təyinatlı qüvvələrdən 7 min əsgər hazır vəziyyətə gətirilib.

İyul sonu, yaxud da avqustun əvvəlində başlanması planlaşdırılan quru əməliyyatı Suriyanın şimalının YPG-dən təmizlənməsinə kimi davam edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 30-06-2017, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma