Ermənistanın Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək, dinc insanları öldürməsinə görə Qarabağda yeni müharibə başlaya bilər.
Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Vestnik kavkaza” saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hadisə Bakının mövqeyini kəskinləşdirəcək: “Nənənin və nəvənin həlak olması Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Azərbaycan bu təxribata adekvat cavab verəcək. Hesab edirəm ki, Qarabağda “aprel müharibəsi” modeli üzrə yeni toqquşmalar baş verə bilər və bu dəfə daha ciddi miqyasda olması mümkündür. Ehtimal ki, İrəvan müharibəyə başlamaq üçün ən sərfəli anı seçib”.
S.Markov Alxanlıda 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsini Xocalı soyqırımı ilə müqayisə edib.
“Qoşunların təmas xəttində yalnız azərbaycanlılar yaşayır. Ermənistan işğal etdiyi rayonları gələcək mübadilə üçün boş saxlayır. Bu hücumun Xocalı üslubunda məqsədyönlü törədildiyi görünür. Təmas döyüşlərin yenilənməsi praktiki olaraq qaçılmazdır. Həmsədrlər yeni döyüşlərin başlanmaması üçün aktivləşməlidir. Çünki vəziyyət istənilən an tammiqyaslı müharibəyə çevrilə bilər”, - deyə o bildirib//publika.az
Paylaş: