Xəbər lenti

Birləşmiş Ştatlar və Yaponiyanın xarici işlər nazirləri telefon danışığı zamanı KXDR-yə qarşı təzyiqləri artırmaq niyyətində olduqlarını təsdiq ediblər.

"Report" xəbər verir ki, söhbət Şimali Koreyanın bir qədər əvvəl ikinci ballistik raketini sınaqdan keçirməsindən sonra baş tutub.

Yaponiyanın xarici işlər naziri Fumio Kisida və ABŞ-ın dövlət katibi Reks Tillerson KXDR-nin raket sınaqları fonunda Cənubi Koreya ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.

Şənbə gününə keçən gecə Şimali Koreya ardıcıl ikinci ballistik raketini sınaqdan çıxarıb. Mərmi Yaponiyanın Hokkaydo adası istiqamətində atılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 018          Tarix: 29-07-2017, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma