Xəbər lenti

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ukrayna Parlamentinin spikeri Ruslan Stefançuk özünün "Facebook" hesabında xəbər verib.

"Ali Radaya Ukrayna xarici işlər naziri Kuleba D.İ.-dən istefa ərizəsi daxil olub", - deyə o paylaşımında qeyd edib.

Spiker həmçinin sənədin şəklini paylaşıb və əlavə edib ki, ərizəyə yaxın plenar iclasların birində baxılacaq.

Bundan əvvəl bildirilmişdi ki, Ali Rada bir sıra nazirləri və Dövlət Əmlak Fondunun rəhbərini 4 sentyabrda işdən azad edəcək, təyinatlar isə 5 sentyabrda həyata keçiriləcək.





Ana səhifəyə qayıt        Baxış: 3 040          Tarix: 4-09-2024, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma