Xəbər lenti

Pentaqon Nigeriyada hərbi əməliyyatlara hazırlıqlara başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında bildirib.

"Nigeriyada və harada olursa olsun günahsız xristianların qətli dərhal dayandırılmalıdır. Müdafiə Nazirliyi hərəkətə keçməyə hazırlaşır. Ya Nigeriya hökuməti xristianları qoruyacaq, ya da bu dəhşətli vəhşilikləri törədən terrorçuları məhv edəcəyik", - deyə Heqset paylaşımında yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pentaqona Nigeriyada mümkün hərbi əməliyyatlara hazırlaşmaq üçün təlimat vermişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 643          Tarix: Dünən, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma