Xəbər lenti

Türkiyə Prezident Administrasiyası təyyarə qəzası ilə əlaqədar yayılan bəzi yanlış məlumatlarla bağlı ictimaiyyətə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Açıqlamada dəqiq və etibarlı ictimai məlumatın təmin edilməsi üçün yalnız rəsmi qurumların paylaşdığı məlumatlara istinad edilməli olduğu vurğulanıb. Qeyd olunub ki, təsdiqlənməmiş məlumatlar yayılmamalıdır.

Qeyd edək ki, Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 376          Tarix: Dünən, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma