Xəbər lenti

"Hamı, o cümlədən Serbiya, Avropanın Rusiya ilə mümkün müharibəsinə hazırlaşır".

Oxu.Az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Pink" telekanalının efirində deyib.

O, bu sözlərlə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyen Mandonun milli ordunun 3-4 il ərzində ciddi hadisələrə hazır olmalı olduğu barədə fikirlərinə şərh verib.

"Faktları təhlil etdikcə, Avropa ilə Rusiya arasında müharibənin get-gedə daha aşkar olduğu qənaətinə gəlirəm. Bu, boş sözlər deyil. Hamı ona hazırlaşır. Bunu son dərəcə məsuliyyətli bir general bəyan edib", - deyə Vuçiç bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 119          Tarix: Bu gün, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma