Fransa siyasətçiləri Almaniya ordusunun yenidən silahlanmasından narahatdırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Yazıda bildirilib ki, Fransa Avropada hərbi-sənaye lideri kimi aparıcı rolunu itirmək riski ilə üzləşib.
Məlumata görə, Almaniya 2029-cu ilə qədər müdafiə xərclərini 153 milyard avroya çatdırmağı hədəfləyir. Fransanın isə təxminən eyni vaxtda müdafiə xərclərinin 80 milyard avroya çatacağı proqnozlaşdırılır.
Bildirilir ki, Almaniyanın dövlət borcu əhəmiyyətli dərəcədə aşağı səviyyədə olduğundan büdcə xərclərini maliyyələşdirmək üçün böyük imkanlara malikdir.
"Fransa siyasətçilərinin əhval-ruhiyyəsi hazırda ehtiyatlılıq və təhlükə hissi ilə paraleldir. Almaniya ilə işləmək çətin olacaq, çünki onlar dominant mövqedən çıxış edəcəklər", - deyə Fransa Müdafiə Nazirliyinin adını açıqlamayan rəsmisi nəşrə bildirib.
Nəşr iki ölkə arasında münasibətlərdə gərginliyin yaranmasının səbəblərindən biri kimi Fransa, Almaniya və İspaniyanın birgə hazırlamağı planlaşdırdığı FCAS (Future Combat Air System) altıncı nəsil qırıcı layihəsini də qeyd edib.
Fransız və alman nümayəndələr arasında yaranan fikir ayrılığı səbəbindən layihənin baş tutmamasının mümkünlüyü də vurğulanır.
Paylaş:




























