Xəbər lenti

Böyük Britaniya hökumətində Baş nazir Kir Starmerə təzyiq artır: nazirlər və deputatlar ondan öz aparat rəhbəri Morqan Maksvinini istefaya göndərməsini tələb edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Bildirilir ki, nazirlər Morqan Maksvinini partiyada liderliyə potensial namizəd hesab edilən Stritinqin mövqelərini sarsıtmağa yönəlmiş kampaniyanın təşkil olunmasında ittiham ediblər. Kabinet üzvlərindən biri qeyd edib ki, Maksvininin preventiv tədbirləri əks-nəticə verib və səhiyyə nazirinin mövqeləri güclənib.

Stritinqin özü qalmaqalı sakit qarşılayıb, hətta həmkarlar ittifaqlarından və deputatların bir hissəsindən dəstək alıb. O, Britaniya telekanallarına müsahibəsində baş verənləri "son illərdə sadiq silahdaşlara qarşı ən əsassız hücum" adlandırıb.

Starmer, öz növbəsində, Maksvinini işdən çıxarmaqdan imtina edib və təzyiqə boyun əyməyəcəyini bildirib. Onun ətrafındakı bir mənbə vurğulayıb ki, baş nazir "Uez Stritinqi tam dəstəkləyir" və "işçilərin heç birindən ona qarşı birbaşa şikayət olmayıb".




Ana səhifəyə qayıt        Baxış: 2 700          Tarix: Dünən, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma