Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib, lakin Rusiya XİN başçısı Sergey Lavrov müşavirədə iştirak etməyib.

 Oxu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müşavirə informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, törədilən qanun pozuntularına qarşı mübarizəyə həsr olunub.

Qeyd edək ki, Lavrov bir müddətdir ki, prezidentin iştirakı ilə keçirilən tədbirlərdə iştirak etmir.

Rusiya mətbuatının yazdığına görə, Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə son telefon danışığından sonra Tramp Putinlə Budapeşt görüşünü təxirə salıb. Yerli KİV yazır ki, Rusiya XİN başçısının amerikalı həmkarı ilə sərt danışması Vaşinqtonla danışıqlarda bir müddətdir müşahidə olunan yumşalmaya son qoyub və bu səbəbdən Lavrov Kremlin qəzəbinə tuş gəlib. Onun son vaxtlar heç bir dövlət tədbirində iştirak etmədiyi bildirilir. Hətta noyabrın 11-12-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Kremldə keçirdiyi danışıqlarda Lavrov Rusiya nümayəndə heyətinin tərkibində olmayıb. Onu müavini Mixail Qaluzin əvəz edib.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: Bu gün, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma