Xəbər lenti

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ölkənin Hərbi Hava Qüvvələri yeni strateji vasitələr əldə edəcək.

Oxu.Az bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Onun sözlərinə görə, Şimali Koreya ordusu qarşısında "yeni mühüm vəzifə" qoyulub.

Kim Çen In qeyd edib ki, ölkənin Hərbi Hava Qüvvələri nüvə müharibəsindən çəkindirmədə rol oynamağa başlayıb, habelə casusluğun bütün növlərinə və düşmən tərəfindən mümkün hərbi təxribatlara qətiyyətlə qarşı durmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 514          Tarix: 30-11-2025, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma