Xəbər lenti

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə prezidenti İsxaq Hersoqa əfv edilməsi üçün rəsmən müraciət edib.

Oxu.Az bildirir ki, bu barədə məlumatı "The Times of Israel" nəşri İsrail Prezident Administrasiyasına istinadən verib.

Hersoqun administrasiyasının nümayəndələrinin sözlərinə görə, Ədliyyə Nazirliyinin Əfv Şöbəsi bütün müvafiq nazirlik orqanlarının rəylərini toplayacaq və daha sonra onların tövsiyələrini hüquq məsləhətçisinə təqdim edəcək.

Qeyd edilir ki, İsrail prezidentinin məhkum edilmiş şəxsləri əfv etmək hüququ var.

Xatırladaq ki, Netanyahuya qarşı korrupsiya istintaqı 2016-cı ilin dekabrında başlayıb, 2019-cu ildə isə ona qarşı bir neçə korrupsiya işi üzrə ittiham irəli sürülüb.

Netanyahu ittihamları rədd edir. O, xüsusən də, milyarder və Hollivud prodüserindən şəxsi və iş maraqlarında kömək müqabilində on minlərlə dollar dəyərində siqar və şampan almaqda ittiham olunur. Həmçinin Netanyahu mediamaqnatlara özünün və ailəsinin fəaliyyətinin əlverişli işıqlandırılması müqabilində kömək etdiyindən şübhələnilir.




Ana səhifəyə qayıt        Baxış: 3 400          Tarix: 30-11-2025, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma