Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada görüşündən sonra sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin yeri və vaxtı hələ ki müəyyən edilməyib. Lakin Ukrayna ilə ABŞ arasında işgüzar əlaqələr davam edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC-Ukrayna" nəşri öz mənbəsinə istinadən məlumat verib.
"İşgüzar əlaqələr hətta görüşlər arasında da davam edir. Yəni Cenevrədə və indi Floridada görüşməyimiz o demək deyil ki, bu arada heç bir işgüzar təmas olmayıb. Bu təmaslar həmişə var", - deyə mənbə bildirib.
Bundan əlavə, danışıqlar zamanı Ukrayna tərəfi ən yüksək siyasi səviyyədə növbəti addımların müəyyənləşdirilməsi üçün prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında şəxsi əlaqənin vacibliyini vurğulayıb.
"Bəzi məsələlər var ki, Ukrayna prezidenti bunları ABŞ-li həmkarı ilə müzakirə etməyi zəruri hesab edir. Ümid edək ki, bu fikir eşidiləcək", - deyə mənbə bildirib.
Paylaş:




























