Ötən gecə Ukrayna yenidən Rusiyanın genişmiqyaslı və amansız hava hücumuna məruz qalıb. Ölkənin bir neçə vilayətində strateji infrastruktur obyektləri, zavodlar və yaşayış məntəqələri hədəf alınıb.Paytaxt Kiyev və ətraf bölgələrdə güclü yanğınlar və dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, strateji əhəmiyyətli Tripolye İES-ə (İstilik Elektrik Stansiyası) zərbələr endirilib. Şəxsi yaşayış evlərinin dağılması nəticəsində bir qadın və bir uşaq ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Energetika və sənayeyə ağır zərbə
Odessa: Vilayətin energetika infrastrukturu obyektləri növbəti dəfə hədəfə alınıb, ciddi ziyan dəyib.
Sumı: Trostyanets şəhərində dünyaca məşhur "Mondelez" şirkətinə məxsus mülki istehsalat obyekti vurulub.
Dnepr: Vilayətin iki rayonu 20-yə yaxın hücuma məruz qalıb, ən azı iki nəfər yaralanıb.
Nikolayev: Nəqliyyat infrastrukturu, elektrik ötürücü xətlər və fərdi evlər zədələnib.
Partlayış səsləri kəsilmir
Eyni zamanda Kropivnitski, Kremençuq və Poltava şəhərlərindən də dəhşətli partlayış xəbərləri gəlib. Ukrayna tərəfi hazırda dağıntıların miqyasını və itkilərin dəqiq sayını müəyyənləşdirir. Rusiyanın bu hücumu ölkənin enerji sistemini tamamilə çökdürmək məqsədi daşıyan növbəti "qara gecə" kimi qiymətləndirilir.
Paylaş:




























